Bakıda bacı və qardaşı maşın vurdu

HADİSƏ 22 may 2021, 10:53
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetinin qarşısında, 2010-cu il təvəllüdlü Gülməmmədova Əfruz Köçəri qızı və onun qardaşı, 2008-ci il təvəllüdlü Gülməmmədov Davud Köçəri oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara bud-çanaq oynağının əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top