Jurnalistlər “Yaşıl qələm” bağında əkilən ağaclara qulluq etdilər — FOTOLAR

SOSİAL 21 may 2021, 17:30
Media nümayəndələri Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınan “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara qulluq ediblər.

Demokrat.az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ərazidə yeni ağaclar əkib, eyni zamanda ötən il əkilən meyvə ağaclarına baxış keçiriblər.

Tədbirin davamında bağın ərsəyə gəlməsində zəhməti olan jurnalistlər çay süfrəsi arxasında səmimi söhbət edib və xatirə fotoları çəkdiriblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş alınıb: "Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz. Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında hamılıqla iştirak edirsiz və töhfənizi verirsiz”.

Qeyd edək ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilib. Bağa "Yaşıl qələm" adı verilib.

No description available.

No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top