Bank müdirinin intihar etməsinin TƏFƏRRÜATI

KRİMİNAL 17 may 2021, 15:07
Baş Prokurorluğ Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb. 

Demokrat.az
xəbər verir ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. 

Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. 

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top