"Azərbaycana hansı dəstəyi verdiksə, eyni duyğu ilə Fələstində yaşanan zülmə qarşı çıxırıq" — Ərdoğan

DÜNYA 14 may 2021, 20:38
"Könül dostlarımızın və qardaşlarımızın sevinci sevincimiz, sıxıntısı sıxıntımız, hüzünü hüzünümüzdür. Fələstin torpaqlarında, xüsusilə də Qüdüsdə Ramazan ayının son günündə davam edən hücumlar nəticəsində bayramı məyus olaraq keçirdik."

Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstinə hücumlarına münasibət bildirərkən deyib. 

"Dərdliyik, dərdimiz var. Gücü sadəcə məsum mülki insanlara, biçarə qadınlara, məzlumlara yetən terror dövləti İsrailin zalımlıqları qarşısında həm üzüntülü, həm də əsəbiyik. Türkiyənin mövqeyi bu məsələdə tamamən prinsipialdır. Dünən Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarını qurtarmaq üçün hansı dəstəyi vermişiksə, bu gün Qüdsdə və Fələstinin digər şəhərlərində yaşanan zülmə qarşı da eyni duyğu ilə hərəkətə keçmişik. Dünən Suriya ilə sərhədimiz boyunca qurulmağa çalışılan terror koridoruna necə izn verməmişiksə, bu gün də Məscidül Aksanın məhrəmliyinə uzanan əllərə eyni qərarlılıqla qarşı çıxırıq. Liviyanın bölünməsinə necə izn vermədiksə, hər kəsin üz döndərdiyi Somalini necə tək buraxmadıqsa, Kırımın ilhaqını necə tanımadıqsa, keçmişdə Bosniyada törədilən vəhşətə necə səsimizi yüksəltdiksə, bu gün də bütün dünya görməzdən gəlsə belə İsrailin zülmünə eyvallah deməyəcəyik", deyə Ərdoğan qeyd edib./Avropa.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top