“Kanadanı müdafiə etmək, dolayısı ilə ermənini müdafiə etməkdir“ — Hüquqşünas

SİYASƏT 12 may 2021, 22:06
"Ermənistanı açıq dəstəkləyən Kanada barədə Prezidentin fikirləri bəzilərində niyə qıcıq yaradıb? Nə olsun ki, Kanada ərazi baxımından ikinci dövlətidir? Nə olsun ki, əhalisi bizim əhalidən 3 dəfədən çox artıqdı? Nə olsun ki, adambaşına düşən ÜDM-ə görə bizdən əhaəmiyyətli dərəcədə qabaqdadırlar? Nə olsun? Deməli onlar işğalçını, xalqımıza qarşı soyqırım, hərbi və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanı dəstədikləri halda bizim etiraz hüququmuz yoxdur? Ərazi bütövlüyümüzü tanımayan dövlət nə qədər böyük olur olsun, əhalisi nə qədər varlı olur olsun, belə dövlətlər bizim üçün heç kimdir".

Demokrat.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O, Kanadada insan hüquqlarının müdafiə olunmasına da toxunub. Hüquqşünas qeyd edib ki, onlar insan dedikdə yerli xalqı nəzərdə tutmur:

"Baxın görün BMT-nin İnsan Hüquqları Komitəsinə yerli xalqlardan nə qədər şikayətlər var. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1-ci maddəsinin (Özünütəyinetmə hüququ (self determination)) pozulması ilə bağlı şikayətlərin əsasında o durur ki, yerli xalqlara öz dilindən, öz təbii sərvətlərindən istifadə etmək hüququ tanınmır. Yerli əhalinin özünü identifikasiya edəcək bütün mədəni, tarixi irsi məhv edilib. Kanadanı müdafiə etmək, dolayısı ilə ermənini müdafiə etməkdir. 

Bununla belə informasiya müharibəsində və lobbi fəaliyyətində geridə qalmağımızı da etiraf etməliyik. Nə qədər qərəzli olsalar belə onlara haqlı olduğumuzu çatdırmaq üçün ciddi işlər görməliyik. Biləcəridən o tərəfə getməyən "propoqandamız" barədə dəfələrlə yazmışam. İnformasiya blokadasını yarmaq işində Prezidentə kömək etməli olan qurumlar hardadır?".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top