Peyvənd olunanların sayı açıqlandı

SOSİAL 11 may 2021, 21:04
Azərbaycanda bu gün 18 339 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 696 419 nəfər təşkil edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top