27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Zəfər abidəsini ziyarət edib.
Bu barədə Demokrat.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.






