“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü oldu


GÜNDƏM 11 may 2021, 11:25
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Mərkəzi ofisi Vyanada yerləşən “Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə QHT Alyansı” beynəlxalq təşkilatına (Alliance of NGOs on Crime Prevention and Criminal Justice) tamhüquqlu üzv olub..

“Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə QHT Alyansı” beynəlxalq təşkilatı 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının ECOSOC məşvərətçi statusuna malik olan, eləcə də cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsinin inkişafına çalışan beynəlxalq QHT-larının koalisiyası olaraq yaradılıb. QHT Alyansı həmçinin BMT orqanları ilə məşvərətçi statusuna malik olmayan, lakin cinayət ədliyyəsinin inkişafında maraqlı olan seçilmiş milli QHT-larının üzvlük imkanlarını genişləndirib. 

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi iki ilə yaxındır ki, bu beynəlxalq təşkilatla sıx əlaqələr qurub. Belə ki, cari ilin Mmart ayının 7-dən 12-dək Yaponiyanın Kioto şəhərində BMT-nin 14-cü Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərli tədbirə onlayn formatda qatılaraq “Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə QHT-larının Alyansı” beynəlxalq təşkilatını təmsil edən müstəqil mütəxəssislər sırasında olub.

QHT Alyansının əsas məqsədi öz üzvləri ilə Birləşmiş Millətlər Təşkilatı arasında, xüsusilə BMT-nin Narkotik və Cinayətkarlıqla mübarizə İdarəsi (UNODC) kimi cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi ilə məşğul olan müvafiq komissiya, proqram və agentlikləri arasında əməkdaşlığı təşviq etməkdir. Alyans eləcə də, insan hüquqları, uşaqlar, qadınlar, terrorizm, qaçqınlar, miqrasiya, sülhün qorunması və inkişaf məsələləri ilə əlaqəli olan Birləşmiş Millətlər Təşkilatlarının müvafiq ofisləri, BMT-nin cinayətkarlığa qarşı müvafiq Konvensiyalarına (yəni UNTOC və UNCAC) qatılan dövlətlərin Qeyri-hökumət təşkilatlarının və bütövlükdə vətəndaş cəmiyyətinin mənafelərini nəzərə alaraq, üzvləri arasında əməkdaşlığı inkişaf etdirir.(ShushaNews)

Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top