Ermənistan parlamenti növbəti dəfə Paşinyanın namizədliyini rədd etdi

DÜNYA 10 may 2021, 20:58
Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib.

TASS xəbər verir ki, bununla da, qanuna əsasən, parlamentin buraxılması artıq labüdləşib.

“Paşinyanın lehinə cəmi bir deputat səs verib. 76 deputat isə bitərəf qalıb. Bu, o deməkdir ki, Ermənistan Konstitusiyasına əsasən, parlament buraxılmalı və yeni seçki keçirilməlidir”, - deyə millət vəkili Ararat Mirzoyan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top