“PeyvəndOlundum” kampaniyasına başlanıldı

SOSİAL 10 may 2021, 21:24
Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.

Demokrat.az xəbər verir ki, bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, istənilən şəxs peyvənd olunduqdan sonra "Facebook" profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər: https://bit.ly/3hdZjSS

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top