DTX əməkdaşları ümummilli liderin xatirəsini yad etdilər

GÜNDƏM 10 may 2021, 17:40
Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top