Azərbaycanın 4 para-taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

İDMAN 09 may 2021, 20:16
Para-taekvondo yığmamız, Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yay Paralimpiya Oyunlarna lisenziya xarakteli Avropa təsnifat turnirində uğurlu nəticə əldə edib.

Azərbaycan Taekvondo Federasiyasından Demokrat.az-a verilən məlumata görə, dörd idmançı ilə yarışa qatılan komandamızın hər biri lisenziya qazanmağı bacarıb.

Kişilərin mübarizəsində yarımfinal mərhələsindən başlanan döyüşlərdə Əbülfəz Abuzərli (K-44 75 kq) yunanıstanlı Va Panagiotopoulosu 58:1, finalda isə britaniyalı Josep Laneyə 53:43 hesabı ilə qalib gəlib.

İmaməddin Xəlilov (K-44 61 kq) da yarımfinaldan başlayan döyüşündə finlandiyalı idmançı Matti Sairaneni (19:3), ardında da isralli Asaf Yasuru  29:17 hesabı ilə məğlub edib.

Qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) gürcü idmançı Lia Çaçibalaya 31:4, Aynur Məmmədova (K-44 58 kq yuxarı) isə ispaniyalı  Daila Santiaqoya qızıl xalda qalib gələrək  yarışın qalibi olub. 

Beləliklə, para-taekvondo millimizin dörd üzvü Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top