Bakıda daha bir binadan qopub tökülən daşlar təhlükə yaratdı

HADİSƏ 06 may 2021, 23:21
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşları qoparaq yerə tökülüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, aprelin 30-da Bakıda binanın fasadından qopan daş parçası həyətdə gəzərkən 14 yaşlı Əli Şabanovun üzərinə düşmüşdü. Xəstəxanaya yerləşdirilən yeniyetmə mayın 5-də vəfat etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top