Deportasiya Qurbanları Cəmiyyətindən sabiq nazirə MESAJ

GÜNDƏM 06 may 2021, 15:55
Bu gün sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilovun doğum günüdür.

Deportasiya Qurbanları Cəmiyyəti yayımladığı təbrik mesajında profssora uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzu edib.

Cəmiyyət xatırladıb ki, Firudin Cəlilov alim və dövlət xadimi olmaqla yanaşı Azərbaycan xalqının ən keşməkeşli dövrlərində ortaya ziyalı mövqeyi qoyması ilə seçilib. 

Təbrik mesajında Firudin Cəlilovun Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətində təmsil olunduğu bu illər ərzində təşkilatın fəaliyyətinə xüsusi rəng qatdığı, ermənilərin nəzarətində olan tarixi torpaqlarımız - Qərbi Azərbaycan ərazilərinin unutdurulmaması istiqamətində böyük işlər gördüyü xüsusilə qeyd edilib.

Uzun illər qədim türk tarixi və türkçülüyün inkişafı, onun mədəniyyəti və dili kimi mühüm istiqamətlərdə araşdırma aparan professor Firudin Cəlilovun Azərbaycan elminin inkişafına xüsusi töhvə verdiyini bəyan edən Deportasiya Qurbanları Cəmiyyəti ona uğurlar arzulayıb.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top