BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verdi


DÜNYA 06 may 2021, 09:48
“Bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma “erməni soyqırımı” iddialarına cavab olaraq bildirib.

BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”da soyqırımın bir cinayət kimi tanındığını xatırladan V.Bozkır qeyd edib ki, bu cinayət səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən təyin edilməli, yeni bir hadisəni soyqırım olaraq qəbul etmək üçün məhkəmə qərarı olmalıdır: “BMT-nin soyqırımın nə olması ilə bağlı mövqeyi də adıçəkilən konvensiya ilə uyğunluq təşkil edir və qurum rəsmiləri tərəfindən də dəfələrlə təkrarlanıb”.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden aprelin 24-də verdiyi açıqlamada 1915-ci il hadisələrini “soyqırımı” adlandırıb.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top