Ağsuda torpaq sürüşməsi qəbiristanlığı dağıtdı — VİDEO

HADİSƏ 05 may 2021, 18:41
Ağsuda baş verən sürüşmə kənd qəbiristanlığının uçmasına səbəb olub. 

Baku TV xəbər verir ki, illərdir ki, uçqunların baş verdiyi ərazidə sürüşmə aktivləşib. Abasxanlı kəndinin yaxınlıqdan keçən Ağsu çay məcrasından çıxaraq sahil boyu yerləşən evlərə ciddi təhlükə yaradıb. 

Kənd sakinlərinin sözlərinə görə sürüşmə 8 il öncə başlasa da son bir neçə ayda aktivləşib. Sürüşmənin miqyası artıb, uçqunlar hər gün davam edir. 

Artıq uçqunlar kənd qəbiristanlığına da təsir edib. Bir neçə qəbir təhlükə altındadır. 

Uçqunlar Abasxanlı kəndinin daxili yollarına da təsirsiz ötüşməyib. Kəndin bir hissəsində çayın sahillində avtomobil yolu bir neçə dəfə çöküb. Bu səbəbdən yolun istiqaməti iki dəfə dəyişdirilib. 

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top