Füzulidə 15 yaşlı qızı zorlayan şəxs həbs edildi

KRİMİNAL 05 may 2021, 13:29
Füzuli rayonunda 15 yaşlı qızı zorlayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Füzuli rayonunda bir neçə ay əvvəl 38 yaşlı V.M 15 yaşlı A.T-ya təcavüz edib. Bir müddət sonra qızın hamilə olduğu məlum olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top