Azərbaycanda terror hazırlayan mütəşəkkil dəstənin üzvlərinə hökm oxundu

HADİSƏ 04 may 2021, 16:14
Azərbaycanda terror hazırlamaqda ittiham olunan Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Ələddin İbişov2 il 6 ay, Şəhriyar Cabbarov 2 il 6 ay, Əflatun Bayramov 7 il, Elgün İsmayılov 2 il 6 ay, Tehran Qasımov 5 il, Orxan Qurbanov 2 il 6 ay, Amin Həsənov 7 il, Cavid Əmənov 2 il 6 ay, Yusif İmanov 2 il 6 ay, Samir Qurbanov 8 il, Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 214.2.6-cı (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top