Ermənistanda koronavirusdan ölənlərin sayı 4 165-ə çatdı

DÜNYA 04 may 2021, 18:28
Ermənistanda son sutkada koronavirusa 399 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 217 407-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 165 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 201 107 nəfər sağalıb. Hazırda 11 106 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top