“İnter” 11 ildən sonra İtaliya çempionu oldu

İDMAN 02 may 2021, 22:23
Milanın “İnter” klubu 2020/2021-ci illər mövsümü üzrə A Seriyasının çempionu adını rəsmiləşdirib.

Demokrat.az xəbər verir ki, bu, İtaliya çempionatının növbəti turunda “Atalanta”nın “Sassulo” ilə 1:1 hesablı heç-heçə etməsindən sonra baş verib.

Kontenin yetirmələri sona dörd tur qalmış rəqibləri üçün əlçatmaz olublar. Hazırda 82 xala malik “İnter”in ən yaxın izləyiciləri ondan 13 xal geri qalan “Atalanta” və “Milan”dır.

Qeyd edək ki, sonuncu dəfə klub ölkə çempionu adına 2009/2010-cu il mövsümündə layiq görülüb. Bu, “İnter”in tarixində 19-cu çempionluqdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top