Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları məhv etdi

DÜNYA 01 may 2021, 22:48
Türkiyənin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red) dörd terrorçusunu məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçular Türkiyə hərbçilərinin mövqeyinə hücum hazırlığı zamanı məhv ediliblər.

Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ hərəkətləri nəticəsində zərərsizləşdiriliblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top