Əli Nağıyev gürcü həmkarı ilə görüşdü — VİDEO

XARİCİ SİYASƏT 29 apr 2021, 11:45
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı təhlükəsizlik məsələləri başlıca müzakirə mövzusu olub. Tərəflər eyni zamanda Gürcüstan və Azərbaycan arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud durumunu və persektivlərini müzakirə ediblər.

No description available.

Qriqol Liluaşvili Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsindəki münasibətlərin dərinləşdirilməsinin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən əvvəl Qriqol Liluaşvili və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü qəhrəmanlarının xatirəsinə ucaldılmış kompleksi və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, çələng qoyublar.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top