Prezident İlham Əliyevin “Böyük qayıdış” prosesinin başlandığını elan etməsi qürurvericidir

GÜNDƏM 28 apr 2021, 13:22
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının Zəngilan rayonunun Ağalı kəndində, xalqımızın illərlə səbirsizliklə gözlədiyi “Böyük qayıdış” prosesinin başlandığını elan etməsi çox qürürvericidir.

Bunu AZƏRTAC-a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R.İskəndərli bildirib ki, Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin əvvəlki görkəmdə bərpa olunması isə rəmzi olaraq işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərin dirçəlişi prosesinə start verilməsi deməkdir. Ümumiyyətlə, bir məqamı qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma proseslərinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əyani şəkildə nümayiş etdirməsi, eyni zamanda, beynəlxalq aləmə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, 30 il ərzində işğal dövründə bu ərazilərin vandalizm nəticəsində yalnız bərbad hala salınması və Azərbaycan tərəfindən isə ərazilərin işğaldan azad edilməsindən dərhal sonra bu ərazilərin bərpası istiqamətdə işlərin aparılması, Şərqi Zəngəzur və Qarabağ torpaqlarının əsl sahibinin kim olduğunu bir daha göstərir.

İctimai Birliyin sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin adları, yol göstəriciləri və sair lövhələrin bərpası isə xüsusi olaraq zövq verir. Zəngilan rayonunun Ağalı kəndində isə “ağıllı kənd” konsepsiyasına uyğun bərpa işlərinin Türkiyə, İtaliya, İsrail, Çin şirkətlərinin iştirakı ilə həyata keçirilməsi, işlərin planlı və mərkəzləşdirilmiş qaydada aparılması isə indidən yüksək keyfiyyətli nəticənin əldə olunacağına dəlalət edir.

Onun sözlərinə görə, Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən müasir tələblərə cavab verən hərbi hissənin istifadə verilməsi, müasir silahlarla təchiz edilməsi isə həmin regionda insanların tam təhlükəsiz şəraitində yaşaya biləcəklərinin təminatıdır. Eyni zamanda, bu günlərdə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş vermiş təxribatın və bu kimi halların tam olaraq qarşısının alınması və lazımi qaydada cavablandırılacağına heç kimdə şübhə yeri qoymur.

“Ən əsası isə kənd sakinlərinin doğma torpaqlarına köçməyə hazır olmasını bildirmələri bu cür təşəbbüslərin işğaldan azad edilmiş digər ərazilərdə tezliklə prosesin uğurla davam etdirilməsini labüd edir”, - deyə R.İskəndərli bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top