Deputat: "Hansı ölkələrdə Sorosun əli varsa, o ölkələrdə heç vaxt sabitlik yaranmır"

GÜNDƏM 28 apr 2021, 10:32
Soros fondu müəyyən dairələrin maraq və sifarişlərinin icraçısıdır. Vaxtilə bu təşkilat Azərbaycanda da öz çirkin niyyətlərini reallaşdırmaq istəyirdi. Sözsüz ki, bu məkirli niyyətin qarşısı alındı. Hansı ölkələrdə hakimiyyət, xalq–iqtidar arasında birlik və həmrəylik yoxdursa, Soros o ölkələrin ictimai-siyasi həyatına daxil olur və onları məhvə aparır.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat xatırladıb ki, Sorusun dəstəyi ilə bir çox ölkələrdə “rəngli inqilablarla” hakimiyyət dəyişiklikləri müşahidə olunub:

“Hansı ölkələrdə Sorosun əli varsa, o ölkələrdə heç vaxt sabitlik yaranmır. Ermənistanda Paşinyan da Sorosun dəstəyi ilə hakimiyyətə gəlib. Məhz bu ölkədəki ictimai-siyasi vəziyyət günü-gündən gərginləşir. Erməni hakimiyyətinə dəstək vermək məqsədi ilə Soros AŞPA ya “əl” uzatdı. Məhz bu fondun maliyyəsi ilə ələ alınan xarici deputatlar ölkəmizə qarşı iddialarla çıxış etdi”.

Millət vəkili AŞPA rəhbərliyinin Azərbaycana qarşı məqsədli şəkildə yönəlmiş əsassız ittihamlara münasibət bildirməməsinin təəssüf doğurduğunu qeyd edib:

“Azərbaycan nümayəndə heyəti sözsüz ki, sessiyada bu iddialara ciddi və əsaslandırılmış şəkildə cavab verib. Azərbaycana qarşı ikili standartlar davam edir. Qərb müsəlman dövləti olan Azərbaycanın öz ərazi bütövlüyünü hərb yolu ilə həll etdiyinə inanmaq, qəbul etmək istəmir”.

Azər Badamov hesab edir ki, bəzi güc mərkəzləri öz maraqlarını reallaşdırmaq üçün müsəlman dövlətlərdən istifadə etməyə çalışır:

“Azərbaycan isə iradəli və uzaqgörən siyasət yürüdən liderinin rəhbərliyi ilə beynəlxalq arenada öz mövqeyini qoruyan bir dövlətdir. Sözsüz ki, Azərbaycanda öz mənfur maraqlarını reallaşdıra bilməyən mərkəzlər ölkəmizə qarşı ikili standartlardan çıxış edir. Amma bu yanaşmalar da artıq bir ənənəvi xarakter aldığı üçün ölkəmizin imicinə heç bir təsiri mümkün deyil”.(teleqraf.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top