ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil oldu

DÜNYA 27 apr 2021, 21:40
ABŞ-ın Hamilton Sahil Mühafizəsinin kateri “NATO üzrə müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq məqsədilə” Qara dənizə daxil olub.

TASS-ın məlumatına görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.

“Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu”, - məlumatda belə deyilir.

Silahlı Qüvvələrin bu növ kateri sonuncu dəfə Qara dəniz ərazisinə 2008-ci ildə daxil olmuşdu./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top