Niyə hələ də bir çox heykəlin adı kiril əlifbasıyla yazılıb? — VİDEO

SOSİAL 27 apr 2021, 13:00
Səməd Vurğunun heykəlinin qarşısından dəfələrlə keçmişik. Hər dəfə bu parkdan keçərkən heykəlin üzərində şairin adının kiril əlifbası ilə yazılması diqqətimi cəlb edir. Və bu hal təkcə Səməd Vurğunun heykəlində yox, əksər heykəllərdə belədir. Düzdür, paytaxtdakı heykəllərin və büstlərin çoxu sovet dövründə ucaldılıb. Ancaq onların adının yenilənməsi elə də çətin məsələ deyil. 

Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirir ki, kiril əlifbası ilə olan bu yazıların dəyişdirilməsi üçün hər hansı addımın atılması nəzərdə tutulmayıb.

Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top