DİN-in arxivində 15 milyon vərəqdən ibarət sənəd saxlanılır


SOSİAL 24 apr 2021, 21:56
Daxili İşlər Nazirliyinin (DİN) arxivində saxlanılan sənədlərin sayı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-Uçot Şöbəsində 1920-ci ildən sonrakı dövrü əhatə edən sənədlər saxlanılır.

Bu sənədlərin həcmi təxminən 15 milyon vərəqdən ibarətdir.

Arxiv daxili işlər orqanlarının fəaliyyəti nəticəsində toplanan sənədlərdən və sovet hakimiyyəti illərində repressiyaya məruz qalan şəxslərə aid materiallardan formalaşıb.

Saxlanılan sənədlərin böyük əksəriyyəti məxfilik qrifi ilə qorunur. Qorunan sənədlər əmr və qərarlardan tutmuş, müstəntiqlərin xitam verdiyi cinayət işlərinə, sabiq polis əməkdaşlarının şəxsi işlərinə qədər dəyişir.

Hazırda arxivdə saxlanılan sənədlərin elektronlaşdırılması aparılır.

Qeyd edək ki, hər hansı bir vətəndaş Arxiv-Uçot Şöbəsində qorunan sənədlərə çıxış imkanı əldə etmək istəyirsə, DİN rəhbərliyinə ərizə ilə müraciət edib, sənədlərlə tanış ola bilər.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top