İtaliya klubunun vitse-prezidenti xəstəlikdən vəfat etdi

İDMAN 24 apr 2021, 18:15
İtaliyanın "Sassuolo" klubunun vitse-prezidenti Sercio Sassi dünyasını dəyişib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner 65 yaşında vəfat edib.

"Sassuolo" onun ölüm səbəbini açıqlamayıb. Yerli mətbuat Sassinin sağalmaz xəstəlikdən dünyasını dəyişdiyini yazıb.

Klubun əsas və gənclərdən ibarət komandası bugünkü matça qollarında qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, "Sassuolo" A Seriyasının XXIII turunda "Sampdoriya"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top