Politoloq: "Sülhməramlıların Xocalıda parad təşkil etmək istəkləri doğru deyil"

QARABAĞ 23 apr 2021, 14:21
"Hesab etmirəm ki, sülhməramlıların Xankəndidə təntənəli yürüş keçirmə məsələsinə biganə yanaşmalıyıq. Bütün hallarda Azərbaycanın prinsipial mövqeyi ortadadır". 

Bunu Pravda.az-a politoloq Fikrət Sadıxov Rusiya sülhməramlılarının Qələbə Günü münasibətilə 9 mayda Xankəndidə parad keçirmə istəyini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya sülhməramlıları bizim ərazimizdə hansısa tədbir keçirmək istəyirlərsə, mütləq Azərbaycan rəhbərliyi ilə razılaşdırmalıdırlar: "Əslində dünyada belə bir təcrübə yoxdur ki, hansısa dövlətin ərazisində olan silahlı qüvvələr, xüsusilə sülhməramlılar həmin ərazidə hərbi parad keçirsin, atəşfəşanlıq təşkil etsin. Sülhməramlıların əsas funksiyası, bildiyimiz kimi, tərəflərin atəşkəsə əməl etməsinə nəzarət etməkdir. Qeyd edim ki, bu paradı Xocalıda təşkil etmək istəkləri ümumiyyətlə doğru deyil, çünki Xocalı bizim yaralı yerimizdir, orada Azərbaycanlılara qarşı soyqırım törədilib. Qələbə Günü paradının keçirilməsinin qarşısını almaq məsələsinə gəlincə isə, biz heç kimlə, xüsusilə sülhməramlılarla ədavət aparmırıq. Lakin istənilən halda Azərbaycanın qəti prinsipial mövqeyi ortadadır. Şübhəsiz ki, müəyyən işlər görülməkdədir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top