Azərbaycanda şok olay: 57 yaşlı kişi məktəbliyə dəfələrlə təcavüz etdi — İnanılmaz təfərrüat

KRİMİNAL 21 apr 2021, 12:53
Goranboy rayonunda azyaşlıya təcavüz etməkdə ittiham olunan Kəlbəcər rayon sakini, 1964-cü il təvəllüdlü A.Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, A.Həsənov Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ot tayasının arxa tərəfində onunla həmin qəsəbədə qonşuluqda yaşayan 2010-cü il təvəllüdlü Telmanın köməksiz vəziyyətdə olmasından istifadə edib, sonuncunu üzüstə yerə uzadaraq onunla qeyri-təbii yollas cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən A.Həsənovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

A.Həsənovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən A.Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1993-cü ildən Goranboy rayonunun Aşağı-Ağcakənd qəsəbəsində məskunlaşıb və heç bir yerdə işləməyib: “Telman ailəsi ilə birlikdə mənim qonşuluğumda yaşayıb və qonşu kimi tanımışam. Fərdi yaşayış evimin həyətyanı ərazisində damda saxladığım ev quşlarına ot biçərkən qonşumuz Rüfət digər qonşu ilə həyətyanı torpaq sahələrinin arasına çəkilmiş torun yanında söhbət edirdik. Bu zaman məni səsləyərək siqaretinin olub-olmadığını soruşdular. Mən də siqaretimin olmadığını onlara bildirdim. Həmin vaxt Vəli mənim siqaretimin olduğunu deyərək məndən siqaret istəyib-istəmədiyimi soruşdu. Mən də siqaret istədim. Vəli mənə siqaret verdi. Rüfət siqaretimi yandırdıqdan sonra siqaret çəkə-çəkə onların yanından uzaqlaşdım. Həyətdə oturaraq siqareti çəkərkən qonşumuz Telman yanıma gəldi. Həmin vaxt Telmanı qardaşı Şahin səslədi, sonra gələrək yanımdan aparmaq istəyib”.

A.Həsənovun sözlərinə görə, siqareti çəkib qurtardıqdan sonra siqaretin kötüyünü yerə tullayıb: “Bu zaman Telman həmin siqaret kötüyünü yerdən götürərək çəkmək istədi. Telmanın atası oğluna siqaret verməməyimi tapşırdı. Buna görə də ona siqareti yerə atmasını dedim. Lakin Telman siqaret kötüyünü yerə atmadı. Siqaret kötüyünü almaq üçün Telmanı yerə yıxaraq qıdıqlamağa başladım və siqaret kötüyünü onun əlindən alaraq tulladım. Həmin vaxt Rüfət yanıma gələrək məndən nə iş gördüyümü soruşdu. Mən də Telmanın əlindəki siqaret kötüyünü almağa çalışdığımı bildirdim. Rüfət mənə heç bir söz demədən Telmanı yanımdan götürərək evlərinə apardı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Telmanın sözlərinə görə, təqsirləndirilən şəxs onu evdən səsləyərək həyətində bağladıqları danaya su vermək üçün onu yanına çağırıb: “Danaya su vermək üçün onun yanına getdim. A.Həsənov məni həyətdə olan ot tayasının arxa tərəfinə apararaq yerə yıxdı. A.Həsənov əynimdə olan göy rəngli şortiki aşağı çəkərək öz cinsiyyət orqanını arxa keçəcəyimə sürtdü. Daha sonra isə mənimlə arxadan cinsi əlaqədə oldu”.

Telman bildirib ki, A.Həsənov əvvəllər də bir neçə dəfə Goranboy rayonu Aşağı-Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evində, evinin həyətində və evinin həyətində dovşan üçün düzəltdiyi damda ona qarşı seksual xarakterli hərəkətlər edib. O, A.Həsənovun əvvəllər ona qarşı etdiyi seksual xarakterli hərəkətlər barədə anasına bildirib: “Lakin anam sözlərimi ciddi qəbul etmədi. Hətta A.Həsənov bir neçə dəfə mənə bacılarımı, anamı və qohumum olan qadını onun yanına gətirməyimi istədi”.

Telman qeyd edib ki, A.Həsənovun ona etdiyi hərəkətləri heç kəs görməyib: “A.Həsənovdan başqa mənə heç kim belə pis hərəkətlər etməyib. A.Həsənovun mənə qarşı seksual xarakterli hərəkətlər edərkən pul verəcəyini vəd edib. Hətta hadisədən 10 gün əvvəl A.Həsənov mənə qarşı seksual xarakterli hərəkətlər edərkən alt tumanına qanabənzər ləkələrin dəydiyini bildirdim”.

A.Həsənov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top