Mehri əhalisi Paşinyanı qovmaq üçün ayağa qalxdı — VİDEO

DÜNYA 21 apr 2021, 12:11
Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazlara səbəb olub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Aksiya iştirakçıları Nikol Paşinyanın Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.

Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər “Nikol satqın”, “Nikol türk” şüarları səsləndirib, polis isə baş nazirin avtomobil karvanının keçməsi üçün etirazçıları dağıtmağa çalışır.(oxu.az)







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top