Elektron imzalar biometrik üsulla tanınacaq — VİDEO


SOSİAL 21 apr 2021, 08:43
Vətəndaşlara biometrik tanınma üsulları ilə elektron imza sertifikatları veriləcək. Bu üsul əlavə vaxt itkisinin qarşısını alacaq.

Demokrat.az xəbər verir ki, Məlumat Hesablama Mərkəzi bu məqsədlə yeni "SmartCell" adlı mobil tətbiq hazırlayıb.

Qurumun şöbə müdiri Ceyhun Məmmədovun sözlərinə görə, yeni tətbiq tam istifadəyə verildikdən sonra insanlar zəruri olan elektron sənədləri onlayn qaydada imzalayarkən üztanıma texnologiyasından da istifadə edə biləcəklər.

Biometrik tanınma texnologiyası şəxsi məlumatların eyniləşdirilməsini xeyli asanlaşdıracaq.

Qeyd edək ki, mobil tətbiq vasitəsilə vətəndaşların dövlət informasiya ehtiyatlarında olan məlumatları götürülür. Daha sonra vətəndaşın real vaxt rejmində tətbiqlə şəkili çəkilir və həmin məlumatlardakı foto ilə eyniləşdirilir.

Əgər şəxs eyni deyilsə, bu zaman tətbiq məlumatların eyniləşməsindən imtina edir. Bununla da insanların dövlət informasiya sistemində olan məlumatlarının təhlükəsizliyi təmin olunur. Qurumdan bildirildi ki, yaxın günlərdə tətbiq daha da təkmilləşdiriləcək.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top