Daşkəsəndə iki maşın toqquşdu xəsarət alan var

HADİSƏ 20 apr 2021, 23:22
Daşkəsən-Xoşbulaq avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Zabil Əsgərovun idarə etdiyi "Ford" markalı kiçik tutumlu yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü boğaz və digər bədən nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top