"Ərimin həyatında 4 il başqa qadın olub" — Roza Zərgərli

ŞOU-BİZNES 18 apr 2021, 18:49
Müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olub.

Demokrat.az xəbər verir ki, sənətçi bildirib ki, ərindən ona xəyanət etdiyi üçün boşanıb:

“Mənim gözəl tərəf müqabilim və ailə başçımın həyatında 4 il başqa qadın olub. Gözəl qadındır. Dəhşətli dərəcədə gözəldir. Zövqünü bəyəndim. Həmin xanımın da bacısı mənim rəfiqəm imiş. Düzdür, mənim qədər gözəl ola bilməz, amma gözəl idi. Əgər bir qadın 3 ildir ağrıkəsici ilə yaşayırsa, bu qadın xəstədirsə, həmin qadına deyir ki, nə oldu? Sən mənə çatanda xəstəsən, zarıldayırsan, heç efirə çıxanda xəstə olmursan? Ayrıldıq... Bu qərarı da mən verdim. Çox istədim ki, övladımız olsun, amma alınmadı. Daha sonra övladlığa uşaq götürdüm. Lakin o da bizi birləşdirmədi. İndi barışmaq istəyir. Əgər o münasibətdən övladı doğulmasaydı, mən bağışlayardım”./Musavat.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top