Ermənistanda son sutkada daha 24 nəfər koronavirusdan öldü

DÜNYA 17 apr 2021, 12:24
Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 973-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 24 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 859 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 187 256-ya çatıb. Hazırda 15 880 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top