Evdən antik samovar oğurlayan şəxs saxlanıldı — FOTOLAR

KRİMİNAL 17 aprel 2021, 10:01
Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ağsuda evdən antik samovar oğurlayan şəxs saxlanılıb



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top