Sürücülərə xəbərdarlıq olunur !

SOSİAL 15 dek 2018, 11:45

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib. 

 

Qurumdan Demokrat.Az-a verilən olan məlumata görə, Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxan istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. 

 

Bu üzdən sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

 Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top