Sülhməramlılar Ağdərədə nə axtarır?

QARABAĞ 13 apr 2021, 23:52
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur”.

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 9 bina yoxlanılıb, 9 hektar ərazi, 3 km yol təmizlənib, 65 partlayıcı maddə aşkar edilib”.

Rusiya MN-dən bildirilib ki, sülhməramlı kontingentin mühəndis-istehkamçı qrupları hazırda Mardakert şəhərinin (Ağdərə qəsəbəsi – red.) kənarında aktiv şəkildə partlayıcı axtarırlar:

“Burada - əkinçilik ərazilərində döyüş əməliyyatları zamanı artilleriya mövqeləri yerləşib. Hazırda yerli sakinlər ərazinin tam təmizlənməsi aparılmayana qədər kənd təsərrüfatı işlərini bərpa edə bilmirlər.

Son bir neçə gündə Mardakert bölgəsi ərazisində 50-dən çox iri çaplı mərmi və partlayıcı maddə rusiyalı istehkamçılar tərəfindən aşkar edilərək zərərsizləşdirildi”.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının məsul olduğu ərazilərdə ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 1969 hektar ərazi, 608 km yol, 1700 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 549 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top