Nazirdən daha bir kadr TƏYİNATI

MƏDƏNİYYƏT 12 apr 2021, 23:40
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ramil Əhmədov 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr pilləsini bitirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top