Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçdi

HADİSƏ 12 apr 2021, 21:17
Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Callı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top