Bağdad Amreyev: "Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq"

XARİCİ SİYASƏT 10 apr 2021, 14:34
“Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq”.

Demokrat.az
xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - o bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top