Məhkəmə Koçaryana bəraət verdi

DÜNYA 06 apr 2021, 20:17
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bəraət alıb.

Demokrat.az
Ermənistan mediasına istinadən xəbər verir ki, onun barəsində 300.1 maddəsi ilə (konstitusion quruluşu devirmək) açılan cinayət işinə xitam verilib. 

Məlumata görə, Yerevan şəhər məhkəməsinin hakimi Anna Danielyan Koçaryana qarşı irəli sürülən maddənin Konstitusiya Məhkəməsinin qərarı ilə antikonstitusion olduğunu xatırladıb.

Koçaryanla yanaşı, Seyran Ohanyan, Arman Qevorqyan və Yura Xaçaturov da bəraət qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top