Ermənistanda koronavirusa yoluxanların sayı 197 873-ə yüksəldi

DÜNYA 06 apr 2021, 13:16
Ermənistanda son sutkada koronavirusa 760 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 197 873 yoluxma qeydə alınıb.

Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 627 nəfərə çatıb.

Koronavirusdan sağalanların ümumi sayı 177 601 nəfərə yüksəlib.

Hazırda 15 713 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top