Azərbaycanda özəl bankların kredit qoyuluşu 10%-dən çox azalıb

MALİYYƏ 03 apr 2021, 23:01
Bu il martın 1-nə Azərbaycan bankların ölkə iqtisadiyyatına kredit qoyuluşu 14 619,5 milyon manat təşkil edib.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,6 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 % azdır.

Kredit qoyuluşunun 11 442,6 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 10,1 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 803,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 18,3%-ə qalxıb.

Fevralın sonuna sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6 % azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,4% təşkil edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top