Ceyhun Bayramovla Lavrov Moskvada görüşdü — FOTO


XARİCİ SİYASƏT 01 apr 2021, 19:52
Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top