Bakı Dövlət Sirkinə yeni sözçü təyin edildi

SOSİAL 01 apr 2021, 16:10
Bakı Dövlət Sirkində kadr təyinatı olub.

Demokrat.az xəbər verir ki, sirkin direktoru Elmir Hüseynovun imzaladığı müvafiq əmrlə Kadrlar şöbəsinin rəisi vəzifəsi Günel Əliyevaya həvalə edilib.

Sirkin Kadrlar şöbəsinin rəisi həm də mətbuatla əlaqələr üzrə məsul şəxs sayılır.

Qeyd edək ki, Bakı Dövlət Sirkinin Kadrlar şöbəsinin rəisi Mahir Hümbətov vəzifəsindən azad olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top