Partiya sədri: “Deputatlara hər ay 50 min manat verilsin”


GÜNDƏM 31 mar 2021, 15:36
Ağ Partiyanın sədri Tural Abbaslı sensasion sayılacaq təkliflə çıxış edib.
 
Demokrat.az xəbər verir ki, partiya sədri Milli Məclisin deputatlarına hər ay əlavə müavinət verilməsini təklif edib. Bu gün “Müsavat” TV-nin qonağı olan siyasətçi fikrini millət vəkillərinin xərclərinin çox olması ilə izah edib:
 
“Məlum olduğu kimi, Azərbaycanda parlament mojaritar seçki sistemi əsasında formalaşır. Bu isə o deməkdir ki, deputatlar müəyyən bir bölgəni, ərazini təmsil edirlər. Hər bir deputat seçildiyi dairədən xeyrə-şərə gedir, toyda-yasda iştirak edir. Bu isə müəyyən vəsait tələb edir. Buna görə də təklif edirəm ki, hər bir deputata dövlət büdcəsindən ayda 50 min manat əlavə vəsait ödənilsin”.


 
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top