Rəşid Mahmudov: “Maskaların tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi görünər”

GÜNDƏM 31 mar 2021, 14:40
“Əgər maskalar istehsal olunan zaman tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi qurdlar görünməyə başlaya bilər”.
 
Bunu Pravda.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.
 
O bildirib ki, yayılan videoların doğru olması mümkündür: “Maskalarda, doğrudan da, qurd yumurtaları yerləşdirilirsə, bu, sağlamlıq üçün təhlükəlidir. Həmin maskalardan istifadə edənlər qurd xəstəliyinə tutula bilərlər”.
 
Qeyd: İsti suya salınan ağ rəngli tibbi maskaların üzərində qara qurdların olması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top