Azərbaycan və Türkiyə XİN rəhbərləri Tacikistanda görüşdü

XARİCİ SİYASƏT 29 mar 2021, 20:25
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında görüş baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top