Gənc əsgərlər xidmət yerlərinə yola salındılar — VİDEO

DAXİLİ SİYASƏT 29 mar 2021, 19:46
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top